“Wyndham Garden Baku” Hotelinin fəaliyyətə başlamasından 1 il keçdi

“Wyndham Garden Baku” Hotelinin fealiyyete baslamasindan 1 il kecdi

“Wyndham Garden Baku” Hoteli 25 oktyabr 2022-ci il tarixindən fəaliyyət göstərir.

Hotelin rəsmi açılış mərasimi 27 yanvar 2023-cü il tarixində turizm agentlikləri, müxtəlif xarici səfirliklərin nümayəndələri, şirkət rəhbərləri və idman qruplarının iştirakı ilə baş tutub.

“Wyndham Garden Baku” hoteli ümumi 88 otaq, konfrans, iclas və banket zalları, restoran, SPA və Fitness xidmətlərini qonaqlara təklif edir. Hava limanından və şəhər mərkəzindən cəmi 15 dəqiqə məsafədə yerləşən hotel, qonaqların rahatlığını nəzərə alaraq xüsusi transfer xidmətini təklif edir. 100 nəfərə yaxın peşəkar və gülərüz personalımız günün 24 saatı qonaqlara xidmət göstərməkdən məmnundur.

Hotelin ərazisində fəaliyyət göstərən “MAGNOLIA” restoranı sizə yerli təamlardan tutmuş dünya mətbəxinə qədər müxtəlif ləzzətli yeməklər və yüksək keyfiyyətli xidmət təqdim edir.

“Wyndham Garden Baku”nun əsas konsepsiyasının “biznes hotel” olmasına baxmayaraq, burada müxtəlif tədbirlərin, əlamətdar günlərin və şənliklərin keçirilməsinə uyğun şərait yaradılıb.

Hotelin ərazisində fəaliyyət göstərən “Olive SPA & Wellness” mərkəzi isə qonaqların asudə vaxtının həm maraqlı, həm də faydalı keçirməsi üçün nəzərdə tutulub. Burada 25 m uzunluğunda hovuz, ayrıca kardio və fitness zalları, saunalar və türk hamamı, çoxsaylı masaj, müalicə xidmətləri təklif olunur. Fitnes sahəsindəki “Vitamin Bar” ilə qonaqlar idmandan sonra bədəni qidalandırmaq üçün təravətləndirici, sağlam içkilər və yeməklərin tam çeşidini dadmaq imkanı əldə edirlər. Otelin həm yeraltı, həm də açıq sahədə geniş parkinq yerləri var.

Biz hamı üçün otel səyahətini mümkün edirik. Qonağımız olun və əbədi xatirələr qazanın!

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin