Türkiyə səfiri mina problemi ilə mübarizədə beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb

Turkiye sefiri mina problemi ile mubarizede beynelxalq teskilatlari Azerbaycana destek vermeye cagirib

“Beynəlxalq təşkilatları mina problemi ilə mübarizə məsələsində Azərbaycana dəstək verməyə çağırırıq”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Səfirin sözlərinə görə, Türkiyə 40 ildir ki terror təşkilatı ilə mübarizə aparır: “Bu baxımdan, Türkiyə həm terrorla mübarizədə, həm də mina təmizləmə işində kifayət qədər təcrübəlidir”.

C.Bağçı vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Azərbaycana minatəmizləmə işlərində öz dəstəyini göstərir və bu dəstək son mina təmizlənənədək davam edəcək: “Biz bu işlə əlaqədar çalışan bütün beynəlxalq təşkilatları da Azərbaycana dəstək verməyə çağırırıq”.

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin