Siyavuş Novruzov minaaxtaranların maaşının artırılmasını təklif edib

Siyavus Novruzov minaaxtaranlarin maasinin artirilmasini teklif edib

“Minatəmizləmə ilə məşğul olan şəxslərin iş stajı fərqli hesablanmalı, əməkhaqları yüksək olmalıdır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov noyabrın 4-də parlamentdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, minaaxtaranlar öz işlərini hansısa kabinetdə görmürlər: “Onlar işə gedərkən evlərinə sağ-salamat geri qayıdacaqlarından əmin deyillər. Bu baxımdan sözügedən məsələnin diqqətdə saxlanılmasını istəyirəm”.

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin