Lənkəranda avtomobil qaztənzimləyici qurğuya çırpılıb, ölən və yaralanan var

Lenkeranda avtomobil qaztenzimleyici qurguya cirpilib, olen ve yaralanan var

Lənkəranda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb.

“Report”un cənub bürosunun məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev küçəsində baş verib.

Belə ki, "Hundai" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaztənzimləyici qurğuya və elektrik dirəyinə çırpılıb. Nəticədə xəsarət alan iki nəfərdən biri hadisə yerində ölüb. Digər yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin