Amerikalı səyyah: “Qarabağda aparılan tikinti və bərpa işlərinin intensivliyi heyranedicidir”

Amerikali seyyah: “Qarabagda aparilan tikinti ve berpa islerinin intensivliyi heyranedicidir”

“Azərbaycan hökuməti tərəfindən Qarabağda aparılan tikinti və bərpa işlərinin intensivliyi heyranedicidir”.

MasterNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında amerikalı səyyah Brayan Qreko deyib.

“Füzuli şəhərində inşa edilən yeni hava limanında olduq və onun tikilmə müddəti bizi heyrətləndirdi. Hökumət bərpa işlərinə, yeni bir iqtisadi regionun yaradılmasına investisiya yatırır. Hesab edirəm ki, bu infrastruktura sülh və firavanlığın əsası kimi investisiya yatırmaq vacibdir”, - o bildirb.

Onun sözlərinə görə, Qarabağa səfərlər təkcə bu regionu kəşf etməyə və onun gözəlliklərindən həzz almağa deyil, həm də ölkənin tarixini və burada baş verənləri anlamağa kömək edir.

Bir şərh bildirin
İmtina et
Heç bir rəy bildirilməyib.
Rəy bildirin